Dollar yığmaq `tələ`si

Dollar yığmaq `tələ`si

Azadliq.info saytında "Əhali bankların "dollar tələsi"nə düşür" sərlövhəli məqalədə son vaxtlar manatın dollara nisbətdə bahalaşması fonunda baş verən hadisələr dəyərləndirilir.
 
Müəllif yazır ki, son bir neçə gündə Azərbaycanda dolların xeyli ucuzlaşması əhalini təşvişə salıb: "Belə ki, əlində olan dollarını satan vətəndaşlar kəskin artıb. Tendensiya "qara bazar"a müraciət edənlərin sayında da özünü göstərib".
 
Yazıda «qara bazar»dakı vəziyyət belə təqdim edilir: "Dollar 1.87 manata yüksələndə, bu qədər dollar satan yox idi. Fevralın 7-dən etibarən hamı 1.75 manatdan əlində olan valyutalarını satmağa başlayıb".
 
Yazıda vurğulanır ki, əhalinin satmaq istədiyi valyutanın həcmi 1000 dolları keçmir. Bu isə sadə insanların təşviş içərisində olduğunu göstərir.
 
Yazıda son günlər baş verənlər ümumilikdə əhalinin "dollar tələsi"nə düşməsi kimi dəyərləndirilir. İqtisadçı-ekspertlər də sayta bildiriblər ki, Azərbaycanda manatın dollara nisbətən möhkəmlənməsinin iqtisadi əsasları yoxdur.
 
Müəllif özü baş verənləri belə izah edir: "Dolların müvəqqəti ucuzlaşdırılmasına nail olanlar bundan sonra da onun daha da ucuzlaşacağı görüntüsü yaradaraq, əhalini əllərində olan valyutanı satmağa sövq etməyə çalışırlar". /

Google+ WhatsApp ok.ru