DUZLU XİYAR TÖVSİYƏSİ

DUZLU XİYAR TÖVSİYƏSİ

 
«Novoye Vremya» qəzetində «Sürətli inflyasiyanı necə dayandırmaq olar?» sualına cavab axtarılır.
 
Məqalədə qiymət artımından, inflyasiyadan bəhs edilir.
 
Müəllif qeyd edir ki, avqustun 29-da ölkədə siqaretlərin qiyməti 20-40 qəpik arasında bahalaşıb.
 
Məqalədə vurğulanır ki, büdcə sənədlərində inflyasiyanın həddi 3.3 faiz proqnozlaşdırılıb. Ancaq Dövlət Statistika Komitəsinin bu yaxınlarda açıqladığı rəqəmlərdə artıq inflyasiyanın 10 faizi keçdiyi bəlli olur.
 
Müəllif yazır ki, indi siqaretin bahalaşması manatın dəyər itirməsi ilə izah edilir: «Bu belə davam edərsə, ekspertlərin proqnozlarına görə, ilin sonuna dollar 2 manata bərabər ola bilər. Bu isə inflyasiyanın yeni sıçrayışı, bahalıq, əhalinin sosial-məişət vəziyyətinin pisləşməsi deməkdir. Başqa sözlə inflyasiya prosesinin qarşısı alınmalıdır»,- yazıda oxuyuruq.
 
Müəllif yazır ki, Nazirlər Kabineti bu prosesin qarşısını almağa acizdir.
 
Müəllif siqaretin bahalaşması ilə bağlı deputat Vahid Əhmədovun əhaliyə daha az siqaret çəkməyi tövsiyə etməsi ilə də razılaşmır. Yazıda deyilir ki, vaxtilə baş nazir Artur Rasizadə də təzə xiyar baha olduğuna görə xalqa duzlu xiyar almağı tövsiyə etmişdi. (azadliq.org) /

Google+ WhatsApp ok.ru