Dövlət büdcəsi azalır

Dövlət büdcəsi azalır

2017-ci ilin dövlət büdcəsi bu illə müqayisədə azalıb
 
2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon, xərcləri 16 milyard 600 milyon hesablanıb.
 
Bu, 2016-cı ilin büdcəsinə nisbətən azdır. Bu il üçün dövlət 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablamışdı.
 
Maliyyə Nazirliyinin sentyabrın 28-də açıqladığı 2017-ci il büdsəcinin, əsasən, Əlavə Dəyər Vergisi (ƏDV) və Neft Fondunun hesabına formalaşması nəzərdə tutulur.
 
Belə ki, ƏDV-dən təxminən 4 milyard, Neft Fondundan 6 milyard manat gözlənir. Fiziki və hüquqi şəxslərin gəlir vergisi isə təxminən 3 milyard manat hesablanır.
 
Xarici dövlətlərə verilmiş kreditlərdən 50 milyon manata qədər divident əldə olunacağı gözlənir.
 
İqtisadçı ekpert Rövşən Ağayev büdcənin azalmasını “kəmərlərin sıxılması” kimi qiymətləndirib.
 
Facebook hesabında ekspert vurğulayıb ki, gələn büdcəsinin bu illə müqayisədə 10 faizdən çox azalmasını büdcə
 
“böyük neft pullarından əvvəlki dövrə” qayıdır: “Manat ifadsəsində bu son 5 ilin ən kiçik büdcəsidi – yalnız 2011-ci ildə büdcə xərcləri 15.4 milyard manat səviyyəsində olmuşdu. Sonrakı 3 ildə - 2012-2014-cü illərdə 17.4-19.1 milyard manat intervalında, 2015-2016-cı illərdə isə 18 milyard manatdan çox olub. Dollar ifadəsində müqayisənin yeri yoxdu: 2017-də inidiki məzənnə ilə təxminən 10.4 milyar dollar nəzərdə tutulur. Halbuki sonuncu dəfə bu məbləğ 2007-ci ildən sonra olmayıb – 2008-c ildə 13.5 milyard dollar olmuşdu. Ən yüksək hədd 2014-də olmuşdu -24.5 milyard dollar. Bir sözlə büdcəmiz balacalaşıb böyük neft pullarından əvvəlki dövrə qayıdır”.
 
Rövşən Ağayev hesab edir ki, indiyə kimi büdcəni “Neft Fondu böyütdüyündən indi də gəlirlər azaldığından kiçildir”.
 
Onun fikrincə, vergi potensialı Neft Fondunun gələn ilin büdcəsindəki payının 1.5 milyard manat azalmasını kompensasiya etmək imkanında deyil:
 
“Dövlət büdcəsini Fond böyütmüşdü, o da kiçildir”.
 
Hökumət dövlət rüsumlarında 105 milyon manat, vergi qanunvericiliyinin pozulmasına görə cərimə və sanksiyalardan 90 milyon manat qazanacağını hesablayıb.
 
Bu illə müqayisədə hökumət ƏDV ilə ödəmə gözləntisini artırıb, Neft Fondundan ayırmanı isə təxminən 1 milyard manatdan çox azaldıb. (azadliq.org)

Google+ WhatsApp ok.ru