Ekspert: “Manata təzyiqlər davam edəcək”

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il aprel ayının 1-nə 4 065,8 mln. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 5 406,3 mln. dollar və ya 2,33 dəfə azdır. Fevral ayı ilə müqayisədə martda valyuta ehtiyatları 39,5 mln. manat və ya 0,98% artıb. Başqa sözlə, 8 aylıq azalmadan sonra valyuta ehtiyatları artıb.
 
İqtisadçı ekspert Natiq Cəfərli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Mərkəzi Bank bəlli beynəlxalq kriteriyalara riayət etmək məcburiyyəti də var: “Təbii ki, Mərkəzi Bankın ehtiyatlarının artımının olması çox cüzidir. Mərkəzi Bank Neft Fondunun hərraclara çıxartdığı valyuta, banklar tərəfindən alınmadıqda gələcəkdə daha çox almağa məcbur olacaq. Çünki, Neft Fonudunun büdcə qarşısında olan öhdəliyi manatladır. Neft Fondu valyuta satmalıdır ki, manat əldə edib büdcə öhdəliklərini qarşılasın. Son zamanlar banklarda likvidiliyin azalması ilə əlaqədar mantla bağlı problemlər var. Hərraclarda banklar aktiv iştırak edə bilmir.
 
Gələcəkdə bu proses davamlı olsa Mərkəzi Bank məcburən Neft Fondunun hərraclara çıxartdığı valyutanın bir hissəsini özünün sərəncamında olan manat resurslarındadan istifadə edərək almağa məcbur olacaq. Bu da Neft Fondunun büdcə qarşısında manatla olan öhdəliklərini yerinə yetirə bilməsi üçündür. Hələ ki, prosesin gedişi bunu vəd edir. İlkin artım cüzi olsa da gələcəkdə bankların valyutaya olan marağı azalsa və ya imkanları çatmasa onda  Mərkəzi Bank daha aktiv şəkildə bu proseslərdə iştirak edə biləcəyini düşünürəm. Gələcəkdə Mərkəzi Bank öz manat resurslarından daha aktiv şəkildə Neft Fonundunun çıxartdığı valyutanı alacağını düşünürəm.
 
Mərkəzi Bank bəlli beynəlxalq kriteriyalara riayət etmək məcburiyyəti də var. Belə ki, Mərkəzi Bank ehtiyatlarını ölkənin ən azı 3 aylıq idxalı səviyyəsində qorumalıdır. Azərbaycanda da aylıq idaxlın səviyyəsi 1-1,5 milyard arasında dəyişir. Mərkəzi Bankda ehtiyatlar 4 milyard dollar olub. Əslində bu 4 milyard ehtiyatı Mərkəzi Bank qorumağa çağırır. Neft Fonundunun bazarda yeganə oyunçu olması və aktivliyi məhz bununla izah olunur. Mərkəzi Bank bir müddət bu səviyyəni qorumağa çağıracaq. Amma manata olan təzyiqlər azalmır. Neftin qiymətinin aşağı düşməsi prosesi başlayıb. Bu günlərdə çıxan xəbərlər də neftin qiymətinin düşməsi ehtimalını artırır. İranın enrgetika naziri bəyan etdi ki, İranın gündəlik neft ixracatı 2 milyon barelə çatıb.
 
Bu çox böyük rəqəmdir və getdikcədə artır. Eyni zamanda aprel ayının 17-də Dohada nəzrdə tutulan danışıqlar da sual altına düşüb. Səudiyyə Ərəbistanı görüşə qatılmayacağını və söhbətlərin mənasız olmasını bəyan edib. Əgər bu görüş də baş tutmasa neftin qiyməti 30 dollara qədər enə bilər. Bu baxımdan manata təzyiqlər daima artacaq. Manata olan təzyiqləri saxlamaq üçün ya Mərkəzi Bankın, ya da Neft Fondunun ehtiyalrından istifadə etməyə məcbur olacaqlar. Bu baxımdan düşünürəm ki, bazarda Neft Fondunun aktivliyi davam edəcək. Mərkəzi Bank da ehtiyatlarının 4 milyard səviyyəsində qalmasına çalışacaq.
 
Amma Neft Fondunun da öhdəlikləri məhduddur. Neft Fondu daha artıq valyutanı hərraca çıxartmaq üçün yeni qərarlara ehtiyac olacaq. Bundan sonra qərar veriləcək ki, Mərkəzi Bank və ya Neft fondu valyuta hərracını davam etdirsin”. /

Google+ WhatsApp ok.ru