Ekspert : Xarici kapital cəlbi üçün normal məhkəmə sistemi əsas şərtdir

Bu günlərdə Nazirlər Kabinetində keçirilən müşavirədə dövlət başçısı İlham Əliyev ölkəyə xarici investisiya cəlb olunması məsələsinə toxunub.
 
“Ölkəyə xarici inverstisiya gətirilməsi üçün ilk növbədə normal məhkəmə sistemi olmalıdır”, - deyə iqtisadçı-ekspert Natiq Cəfərli dövlət başçısının bəyan etdiyi müddəanı şərh edib.
 
Onun fikrincə, ölkədə hansısa siyasi problemlər və s.ola bilər, amma xarici kapitalın ölkəyə cəlb edilməsi üçün normal məhkəmə sisteminin olması şərtdir. “Neft kontraktları ilə bağlı məsələ fərqli idi, onun arxasında dövlət təminatı var idi və ona görə həmin böyük investisiyalar yatırılırdı”, - deyə N.Cəfərli qeyd edib.
 
N.Cəfərliyə görə, qeyri-neft sektoruna az investisiya qoyulması həmin etibarlı təminatın olmaması, digər tərəfdən normal məhkəmə sisteminin olmamasıdır. O bildirib ki, başlıca bu səbəb üzündən xarici investorlar Azərbaycana kapital qoymaqdan çəkinirlər.
 
“Nə qədər ki, normal məhkəmə sistemi yoxdur, ölkəyə yetərli xarici kapital qoyuluşu inandırıcı deyil”, - deyə N.Cəfərli birmənalı mövqe ifadə edib. contact/

Google+ WhatsApp ok.ru