Evlərə sənəd veriləcək -VİDEO

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi çoxmənzilli binaların qeydiyyatı sahəsində qarşıya çıxan problemlərin müzakirələrini aparıb.
 
Tədbirə hökümət qurumları ilə qeyri-hökümət təşkilatları arasında idarəçilikdə şəffaflığın artırılması istiqamətində dialoqların dəstəklənməsi məqsədilə keçirilib.
 
Təşkilatın sədri Rəna Səfəriliyeva söyləyib ki, sözügedən problemlə bağli təkliflər paketı hazırlanıb müvafiq dövlət strukturlarına təqdim ediləcək.
 
“Mənzillərin qeydiyyatı ilə bağlı çox ciddi problemlər üzə çıxır, elə kütləvi şəkildə yayılıb ki, bu problem. Yalnız vətəndaşların yox həm də dövlətin probleminə çevrilib. Çünki vətəndaşlar qeydiyyatdan keçə bilmədiyinə görə faktiki yaşadığı ünvanda da qeydiyyata düşə bilmirlər. Və bu vergi inspektoru, polis prokurorluq, seçkilər zamanı dövlət qurumlarına da problemlər yaradır”, - deyə Rəna Səfəriliyeva açıqlamasında bildirib. 

Google+ WhatsApp ok.ru