Üfüqdə inkişaf görünmür

Üfüqdə inkişaf görünmür

"Exo" qəzetində "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi: biz rüşeymləri belə görmürük" sərlövhəli məqalə diqqəti çəkir.
 
Ekspertlərdən Oqtay Haqverdiyev qəzetə deyib ki, Azərbaycanın uzunmüddətli iqtisadi əlaqələri olan ölkələrlə əmtəə dövriyyəsi əhəmiyyətli dərəcədə azalır.
 
O.Haqverdiyev bildirib ki, Azərbaycan Belarusda Ticarət Evi açmaq qərarına gəlib. Ancaq ardınca da xatırladır ki, 2016-cı ilin 10 ayının nəticələrinə görə, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 50 faizdən çox azalıb.
 
Ekspert hesab edir ki, Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndəlikləri yaratması istənilən nəticəni verməyəcək: "Hesab etmirəm ki, xaricdə ticarət nümayəndəliklərinin yaradılması ixracın və Azərbaycana investisiyanın həcminin artımına kömək edə biləcək. Azərbaycan iqtisadiyyatı hələ də neftdən asılıdır və hökumət bütün diqqətini enerjidaşıyıcılar bazarına cəmləşdirib".
 
Ekspert deyib ki, böhrandan sonra məmurlar yorulmadan iqtisadiyyatın şaxələndirilməsindən danışırlar. Amma bu nəzərə çarpmır: "Düzdür, şaxələndirilmənin nəticələrini bir-iki ilə əldə etmək olmaz. Ancaq biz onun rüşeymlərini belə görmürük. Öncə daxili problemləri araşdırıb həll etmək və yalnız bundan sonra xarici bazara çıxmaq lazımdır".
 
O.Haqverdiyevə görə, Azərbaycanda biznes-mühit mürəkkəb olaraq qalır. İş adamları bazarı tərk edir, xarici investorlar Azərbaycanın daxili bazarına etimadsız yanaşır. /

Google+ WhatsApp ok.ru