Gələn ildən elektron ticarətdən vergi tutulacaq

Gələn ildən elektron ticarətdən vergi tutulacaq

 
Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb olunması və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi 3 ay müddətinə öz həllini tapacaq.
 
Bunu bu gün Vergilər Nazirliyində Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatları”nın təsdiqi və vergi inzibatçılığın təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixi Sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyi qarşısında duran vəzifələrə həsr olunmuş mətbuat konfransında Vergilər nazirinin  müavini İlkin Vəliyev bildirib
 
Onun sözlərinə görə, artıq gələn ildən  elektron ticarətin vergiyə cəlb olunması mümkün ola bilər: “Bu gün elektron ticarət vergidən kənarda qalır. Biz çalışacağıq ki, bütün bu proseslər vergiyə cəlb olunsun”. (apa) /

Google+ WhatsApp ok.ru