Gömrük rüsumlarına yenidən baxılması gözlənilmir

«Gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir».
 
Bunu fevralın 27-də İmişliyə səfəri zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə verdiyi müsahibəsində deyib.
 
«ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də Əlavə Dəyər Vergisi və aksiz dərəcələri əvvəlki kimidir», - deyə A. Əliyev bildirib. 
 
apa-nın məlumatına görə, DGK sədri onu da qeyd edib ki, məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir: «Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. İl yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil».

Google+ WhatsApp ok.ru