`Günəşli` yatağında yeni quyu qazılır

“Günəşli” yatağındakı 14-cü özüldən 353 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3100 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft və 15 min kubmetr qaz hasil ediləcək.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək./
 

Google+ WhatsApp ok.ru