Gürcüstandakı azərbaycanlı turistlərin sayı 15 faizdən çox artıb

Gürcüstandakı azərbaycanlı turistlərin sayı 15 faizdən çox artıb

 
Azərbaycanlılar bu ölkəyə gələn turistlərin sayı baxımından birinci yeri tutur
"Gürcüstanda son yeddi ay ərzində 3,4 milyon turist olub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 10,6%-lik artım deməkdir".
"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib.
Onun sözlərinə görə, Gürcüstana gələn turistlərin sayı baxımından birinci yeri Azərbaycan vətəndaşları tutur, eyni zamanda, son 7 ayda Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı keçən ilin analoji dövrü ilə müqayisdə 15,1% artıb.
Administrasiya rəhbərinin verdiyi məlumata görə, turistlərin sayında Azərbaycanın ardınca Türkiyə (+1,6%), Ermənistan (-0,8%), Rusiya (+10,3%) və Ukrayna (+24,3%) qərarlaşıb. /

Google+ WhatsApp ok.ru