Həmsədrlər regiona gəlirlər

“ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər”.
 
APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal deyib.
 
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan isə özünün “ twitter” səhifəsində həmsədrlərin aprelin 9-da İrəvanda olacaqlarını yazıb.
 
Onun sözlərinə görə, həmsədrlər Ermənistanın prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcəklər.

Google+ WhatsApp ok.ru