Hərraca 300 milyon dolların çıxarılması məzənnəyə təsir edəcəkmi? - Vüqar Bayramov cavablandırır

Hərraca 300 milyon dolların çıxarılması məzənnəyə təsir edəcəkmi? - Vüqar Bayramov cavablandırır

 
Bu gün Azərbaycanda hərraca Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 300 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacaq. Məlumata görə, həmin vəsaitin 200 milyon dolları ARDNF-ə, 100 milyonu isə AMB-yə məxsusdur. Xatırladaq ki, hər dəfə ARDNF hərraca 50 mln. dollar çıxardırdı.
 
Mövzu ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Mərkəzi Bank və Neft Fondu hərraca daha çox dollar çıxartmaqla məzənnəni tənzimləməyə çalşır: “Biz öncədən də qeyd etmişdik ki, dollara olan tələb ödənilməyənə qədər “qara bazar” mövcud olacaq. Düşünürəm ki, bu gün hərraca 300 milyon dolların çıxarılması birmənalı şəkildə “qara bazar”a təsir göstərəcək. Qısamüddətli dövrü əhatə etsə də belə, müəyyən qədər məzənnədə enmələr olacaq. Hətta bu xəbərin özü belə “qara bazar”a təsir edib. Amma 300 milyon dolların manatın uzun müddətli möhkəmlənməsinə təsir edəcəyini düşünmürəm. Çünki, 300 milyon dollar tələbin yaxın və uzun müddətli dövr üçün ödənilməsini təmin etməyəcək. Müəyyən dövr üçün bu məbləğ sabitlik yaratsa da, bir müddət sonra yenidən dolların məzənnəsində artımlar müşahidə ediləcək. Bu gün dollara olan tələb təxminən 600-650 milyon ətrafında dəyişir”. /

Google+ WhatsApp ok.ru