Hələ də müəmma olan `bank sektoru`

Hələ də müəmma olan `bank sektoru`

-- bazarın neçə ilə bərpa olunacağını söyləmək də çətindir

"Exo" qəzetində "Azərbaycanda iqtisadi ssenari harada necə istəsən inkişaf edə bilər" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə bank sisteminin vəziyyətini iqtisadçı-ekspert Natiq Cəfərli ilə ilə müzakirəyə çıxarır.
 
N.Cəfərli deyir ki, ölkənin bank sektorunun dərin böhran içində olması sirr deyil, hökumət tərəfdən heç bir kömək yoxdur və belə davam edərsə, bu bazar yaxın 5-10 ildə də bərpa edilə bilməz: "Bank sektorunun bərpası prosesi davamlıdır. Bu sektorun bərpası və "təmizlənməsi" prosesi gələn il də davam edəcək.Yerli bankların likvidlik göstəricilərini daha yaxşılaşdırması arzu olaraq qalır".
 
Ekspert deyir ki, "bank aktivlərinin keyfiyyəti" ilə bağlı Fitch reytinq agentliyi Azərbaycan bank sektorunu mənfi dəyərləndirib, belə ki, sektor öz problemlərini həll edə bilmir.
 
Bu sahədə durumu şərh edən iqtisadçı deyir ki, Azərbaycanda bir sıra bankların bağlanmasına baxmayaraq, vəziyyət daha da pisləşir və ölkə banklarının maliyyə göstəriciləri ilbəil nənfi dinamika göstərməkdə davam edir.
 
N.Cəfərliyə görə, bankların vəziyyətini pisləşdirən iki mühüm amil var: "Birincisi, rəsmi məlumatlara görə, bankların və bank olmayan kredit təşkilatlarının kredit portfelində vaxtı keçmiş kreditlərin payı 15% təkil edir. Amma nüfuzlu beynəlxalq qurumlar bildirirlər ki, bu göstərici artıq 30% həddini keçib. Bankların problemləri ağırlaşır, amma hökumət və tənzumləyici tərəfindən hər hansı kömək göstərilmir və burada Azərbaycan beynəlxalq Bankı istisna təşkil edir".
 
Ekspertə görə, bankların ikinci problemi kreditləşmədir: "Kreditləşdirmə həcmi sürətlə azalır. Bu il aprelin 1-nə Azərbaycan banklarının xalis kredit portfeli 9 595,5 milyon manat olub ki, bu da 2017-ci ilin əvvəli ilə müqayisədə 2,7% , il ərzində isə 28% azalma deməkdir. Baxmayaraq ki, bu il tənzimləyici uçot dərəcəsini iki dəfə aşağı salıb, amma banklar kreditləşdirməyə başlaya bilmirlər".
 
N.Cəfərli deyir ki, vaxtı keçmiş kreditlərin ilbəil həcmi artdığına görə, kommersiya maliyyə müəssisələri kredit verməyə qorxur və bu məsələdə daxili qaydaları sərtləşdirirlər.
 
N.Cəfərliyə görə, bazarın neçə ilə bərpa olunacağını söyləmək də çətindir, bu 3, 5 il də, 10 il də çəkə bilər.
 
Ekspert hesab edir ki, Azərbaycanda iqtisadi ssenari necə desən inkişaf edə bilər, bazarı iki ilə də canlandırmaq mümkün ola bilər, həm də ola bilər ki, heç 10 ilə də bu canlanma olmasın.
 
N.Cəfərli deyir ki, Azərbaycan bankları beynəlxalq maliyyə institutları yanında etimadı itirərək reytinqin ən aşağı sırasına düşüblər, buna görə də xaricdən borc almağı düşünməyə dəyməz, odur ki, bu sahədə hər şey Mərkəzi Bankın və hökumətin siyasətindən asılı olacaq.
 

Google+ WhatsApp ok.ru