Hökumətin 2015-ci ilə dair hesabatı Milli Məclisə daxil olub

Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.
 
Parlamentdən verilən məlumata görə, hesabat tanışlıq üçün deputatlara paylanılıb.
 
Qeyd edək ki, hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.
 
Həmin gün keçiriləcək plenar iclasda baş nazir Artur Rasızadə hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Google+ WhatsApp ok.ru