Hökumətin ümidsiz və qeyri-müəyyən proqnozları

Hökumətin ümidsiz və qeyri-müəyyən proqnozları

Hökumət 2020-ci ilədək proqnozlarını açıqlayıb.
 
Olduqca ehtiyatlı hazırlandığı, rəsmi qurumlarda çalışan mütəxəssislərin özlərinin gələcəklə bağlı qeyri-müəyyənliklər içərisində olduğu aşkar görünür.
 
Məsələn, əvvəlki illərdə yaxın 5 il üçün milli valyutanın aparıcı valyutalara münasibətdə gözlənilən məzənnəsi təqdim edilirdi. İndi yoxdu – deməli hökumətin hətta özü üçün hədəflədiyi məzənnə tavanı yoxdu.
 
2017-2020-ci illər üçün 3.5-7.3% intervalında inflyasiya proqnoz edilir.
 
Bu proqnozlar həm də hökumətin gələcəyə ünvanlı coşğu bəyanatları müqabilində xeyli sönük təsir bağışlayır. Məsələn, 2015-ci ildə qeyri-neft ixracı 1.6 milyard USD lmuşdu, amma 2020-ci il üçün 2.3 mlrd. USD proqoz edilir. Ölkəni düşdüyü böhrandan çıxarmaq baxımından olduqca aşağı ambisiyalı gözləntidi. Bu adam başına heç 250 USD də eləmir.
 
Halbuki ekspert qiymətləndirmələrə görə, ölkədə mill valyutanın sabitlyinin dayanıqlılığının təmin edilməsi, ödəmələr balansının effektiv tarazalaşdırılması üçün adambaşına qeyri-neft ixracının 1000 USD-ə çatdırılması həyati əhəmiyyətli məsələdir.
 
Hökumət iqtisadiyyata investisiyalar məsələsində aşkarca bədbindir. Yaxın 5 ildə investisiyların real artım tepmi mənfi işarə ilə göstərilir. Hətta 2018-ci ildə 10.8%, 2019-da 13,8% azalma gözləntisi var. Həmin illərdə xarici sərmayələrin 20-22% azalması proqnoz edilir.
 
Əhalinin real gəlilərinə artım proqnoz edilmir.
 
Xam neft hasilatı 2020-ci ildə 39.1 mln. ton proqno edilir – 2016-ya nisbətən 2 mln. ton az. Təbii qaz hasilatı 2020-ci ildə 38.7 mled. kubmetr proqno edilir – 2016-ya nisbətən 8 mlrd. kubmetr çox.
 
Qeyri-neft ÜDM-nin real-artım tempi çox aşağı proqnoz edilir – 2020-ci ilədək hər il orta hesabla 1.5-2.5% intervalında. Hökumətin gözləntisi odur ki, hətta 5 il sonra belə Qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı 2015-ci ildəki qədər olmayacaq – 68.9%. Halbuki 2015-də 69.3% olmuşdu.
 
Ən optimist proqnoz pambıqla bağlı verilib – 2020-ci ildə 703 min istehsal gözləntisi var – 2015-in rəqəmindən (35.2 min ton) düz 20 dəfə çox…(azadliq.info) /

Google+ WhatsApp ok.ru