Hüseyn Məlik: “Müsavat Partiyasından istefa verməmişəm” 22 Avqust 2014 01:00 Siyasət “Müsavat Partiyasından istefa verməmişəm”. Bunu APA-ya açıqlamasında Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik deyib. H. Məlik bildirib ki, partiyadan istefa verməyib, fəaliyyətini dayandırıb: “Sadəcə, bildirmişəm ki, partiyadakı fəaliyyətimi hələlik dayandırıram. Bundan sonrakı fəaliyyətim Müsavatın qurultayının nəticəsindən asılı olacaq”. O, Müsavat başqanlığına kimin namizədliyini dəstəklədiyini də açıqlayıb: “Mənim mövqeyim aydındır. Hələ, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında olarkən demişdim ki, seçkilərdə Qubad İbadoğlunun namizədliyini dəstəkləyəcəyəm”. Teqlər : #Hüseyn Məlik: Müsavat Partiyasından istefa verməmişəm, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycandan Ermənistana — «Girovları dəyişdirək!» XİN ölən erməni diversantla bağlı məlumat yaydı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video