Çin tarixdə ilk dəfə ABŞ-ı geridə qoydu

Çin iqitisadiyyatı valyutaların alıcılıq qabiliyyəti ilə hesablayanda ilk dəfə olaraq öz həcminə görə ABŞ iqtisadiyyatını geridə qoyub.
 
Çinin daxili məhsulu 17 trilyon 632 milyard dollardır. ABŞ-da isə ÜDM - 17 trilyon 416 milyard dollar təşkil edir. Bu məlumatı bü gün Beynəlxalq Valyuta Fondu açıqlayıb.
 
Fondun proqnozuna görə, gələn il Çinin liderliyi daha da güclənəcək. İqtisadiyyatlar arasında fərq 1 trilyon dollara çatacaq.
 
Cari qiymətlərlə götürəndə isə ABŞ iqtisadiyyatı sözsüz dünya lideridir. ABŞ-ın ÜDM-u cari qiymətlərlə 16 trilyon 800 milyard dollar, Çinin ÜDM-u isə - 10 trilyon 400 milyard dollardır.

Google+ WhatsApp ok.ru