Kənd təsərrüfatı istehsalında mənfi tendensiya

Bu il də əkinçilər üçün uğursuz olub. Kənd təsərrüfatı məhsulları istehsalı 3% azalıb.
 
Dövlətstatkoma görə, ilin 10 ayında kənd təsərrüfatı məhsullarının həcmi faktik qiymətlərlə 4,6 mlrd manat olub. Bu. Ötən ilin eyni dövründəkindən 3% azdır. Bitkişilik məhsulları 8,1% azalıb.
 
Kartof istehsalı (819,3 min ton) 17,5%, tərəvəz istehsalı (1 mln 167,9 min ton) 2% azalıb. Bu il tütün (2712,3 ton) və çay (436,2 ton) istehsalı da azalıb – müvafiq olaraq 17% və 20,7%.
 
Rəsmi məlumata görə, bu il 1 178,8 min ton dənli və dənli-paxlalı (qarğıdalı nəzərə alınmadan) yığılıb, bu, 2013-cü ildəkindən 20,9% azdır.
 
183 min ton qarğıdalı yığılıb. Bu, ötən ildəkindən 1,8% azdır. Noyabrın 1-i üçün 6% qarğıdalı hələ yığılmayıb.
 
Ötən il (yanvar-oktyabr) bitkiçilik məhsulları (kənd təsərrüfatı istehsalının 54,4%-i) heyvandarlıq məhsullarından bir qədər çox idi, bu il fərq 0,6%-ə düşüb.
 
Üzüm (137,5 min ton) yığımı ötən ilki qədərdir. Meyvə istehsalında (701 min ton) 1,4% artım var.

Google+ WhatsApp ok.ru