İkiaylıq inflyasiya – 11,7 faiz

2016-cı ilin yanvar-fevral aylarında istehlak qiymətlərinin (inflyasiya) artım tempi illik hesablamada 11,7% təşkil edib. Dövlət Statistika Komitəsi bildirib.
 
Xatırladaq ki, ötən il fevralın 21-də milli valyuta (manat) sərbəst konvertasiya olunana valyutaya nisbətdə iki dəfədən çox ucuzlaşıb (1 ABŞ dollarına görə 0,78 manatdan 1,63 manatadək). Statistika hesablayıb ki, manat bu müddətdə istehlak bazarında alıcılıq qabiliyyətini cəmi 11,7% itirib.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ərzaq malları 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 14,8% bahalaşıb. Həmin müddətdə qeyri-ərzaq malları orta hesabla 15,7% bahalaşıb. Əhaliyə pullu xidmətlər də 4% baha təklif olunur.
 
Təkcə bu ilin fevralında aylıq inflyasiya 0,4% təşkil edib. Ay ərzində ərzaq mallarının qiyməti
 
0,6%, qeyri-ərzaq malları 0,6%, xidmətıər 0,1% artıb.
 
DSK-nın hesablamalarına görə, illik hesablamada çörək və yarma 19,5%, balıq məhsulları 10,5%, ət məhsulları 6,5%, süd məhsulları 12,1%,  yağ 29,4%, qənd və qənnadı məmulatları 16,6%, çay, kofe 29,8%, mineral sular və sərinləşdirici içkilər 18,7%, spirtli içkilər 17,4% bahalaşıb. İl ərzində siqaretin pərakəndə satış qiyməti 218,9% bahalaşıb.contact.az /

Google+ WhatsApp ok.ru