Ölkədə nağd pul kütləsi 37 faiz azalıb

Əhali bu ilin birinci yarısında qazancının çox hissəsini ərzağa xərcləməli olub. 
 
Maide.az "Bizim Yol" qəzetinə istinadən xəbər verir ki, ilin ilk yarısında əmtəə ixracı ötən ilin müvafiq dövrünə nəzərən 44.6 faiz azalıb. Bu azalma, əsasən, ixracda əhəmiyyətli paya malik neft-qaz sektoru üzrə baş verib. İxracın dəyəri xam neft üzrə 50.7 faiz, neft məhsulları üzrə 16.4 faiz və təbii qaz üzrə 26.7 faiz azalıb. Hesabatda bildirilir ki, 2015-ci ilin I yarımilliyində ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 17.6 faiz artaraq 14.7 mlrd. manat təşkil edib. Bu da ev təsərrüfatlarının gəlirlərinin 74.2 faizini təşkil edir. Hesabatdan belə aydın olur ki, əhali bu ilin birinci yarısında qazanclarının daha çox hissəsini ərzağa xərcləməli olub. Bu da gəlirlərin azaldığını və bahalaşmanın olduğunu göstərən bariz səbəblərdən biridir.

Google+ WhatsApp ok.ru