Ölkənin ticarət dövriyyəsi kəskin azalıb

Azərbaycanın ticarət dövriyyəsi kəskin azalmaqda davam edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə ticarət əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 38 faiz azalaraq 3.6 milyard manat təşkil edib. 
 
DGM-nın hesabatına əsasən, cari ilin yanvar-mart aylarında ticarət dövriyyəmizdə 45.3 milyon dollarlıq mənfi saldo olub. Belə ki, ixrac əməliyyatlarının həcmi  ötən ilin müvafiq dövrünə nisbətən 47.3 faiz azalaraq,1.7 milyard dollar, idxal isə 25 faiz azalaraq 1.8 milyard dollar təşkil edib.  
Qeyd edək ki, MDB ölkələri üzrə idxal əməliyyatı 35 faiz azalaraq, 305,2 milyon dollar təşkil edib. Avropa İttifaqı ölkələrindən isə idxal olunan məhsullar 617.4 milyon dollar olub. Bununla Avropa ölkələrindən aldığımız məhsulların həcmi 17.2 faiz aşağı düşüb. 
 
Təəssüf ki, ixracımızda da vəziyyət ürək açan deyil. Azalma həm özəl, həm də dövlət sektorunda müşahidə edilir. 
                       
                          2015- I rüb.                  2016- I rüb.
Dövlət sek.      2.9 mlrd. dollar        1.5 mlrd. dollar
Özəl sek.         388.3 mln. dollar      190.8 mln. dollar
Fiziki şəxs.      15.3 mln. dollar        23.4 mln. dollar
 
Hesabata əsasən, MDB ölkələrini ixracımız artsa da, Avropa dövlətlərinə ixrac əməliyyatlarının həcmi 2 dəfə azalıb. Təbii ki, bunun da başlıca səbəblərindən biri həmin dövlətlərə neft satmağımızdır. Neftin qiymətinin ucuzlaşması isə ümumi ticarət əməliyyatlarının həcminə ciddi təsir göstərir.
 
Sənəddən məlum olur ki, ölkəyə idxal olunan avtomobillərin sayı 7.3 dəfə azalıb. Belə ki, əgər 2015-ci ilin yanvar-mart aylarında 10 mindən çox avtomobil idxal olunmuşdusa, bu ilin birinci rübündə onların sayı 1 362 ədəd olub. (bizimyol)

Google+ WhatsApp ok.ru