Ölkədə günəş enerjisi istehsalı 16 dəfə artıb

Ölkədə günəş enerjisi istehsalı 16 dəfə artıb

Ötən il ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 806,0 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
 
Maide.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci illə müqayisədə 0,5%-lik azalma müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,7% azalaraq 261,8 mln. manat təşkil edib.
 
Ötən il Azərbaycanda 23 073,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci il ilə müqayisədə 0,8% çoxdur. Bunun 22 052,1 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2015-ci il ilə müqayisədə 1,1% çoxdur.
 
Bunun 1 911,9 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2015-ci il ilə müqayisədə 24,1% çoxdur.
 
Ötən il Azərbaycanda 17,8 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2015-ci ilə nisbətdə 3,1 dəfə çoxdur.
 
Ötən il ölkədə 66,0 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2015-ci il ilə müqayisədə 16,1 dəfə çoxdur.
 
Ötən ilin 12 ayında Azərbaycanda 20 056,4 kVt/saat istilik elektrik stansiyalarının enerjisi istehsal olunub ki, bu ötən ilin 12 ayı ilə müqayisədə 1% azdır. /

Google+ WhatsApp ok.ru