Ölkədə təhlükəli vəziyyət yaranıb

Ölkədə təhlükəli vəziyyət yaranıb

Azərbaycanda ərzaq təhlükəsizliyinə təminat yoxdur.
 
Ölkə daxili istehsal hesabına qida məhsullarına olan təlabatının yarısını, 50 faizini ödəyə bilir.
 
Müharibə şəraitində yaşayan və iqtisadiyyatı bərbad durumda olan ölkə üçün bu olduqca təhlükəli haldır.
 
Ölkənin ərzaq buğdasına olan təlabatı (toxumla birlikdə 1,4 milyon ton) əsasən Rusiyanın hesabına ödənilir. Son illər bu ölkənin ixrac etdiyi taxıl məhsullarının keyfiyyəti pisləşib. Keyfiyyətin pisləşməsi səbəbindən Rusiyada ərzaq buğdası istehsalını ilbəil azalır.
 
Ölkədə ət, süd, meyvə, tərəvəz, bitki yağı, şəkər, kartof istehsalı da çox ciddi şəkildə azalıb və bu adda məhsulların idxalı artıb. İdxal olunan ərzaq mallarının keyfiyyəti aşağı olduğu halda, istehlakçılara yüksək qiymətə təklif olunur. Ölkəyə gətirilən ərzaq mallarının keyfiyyətinə isə ciddi nəzarət sistemi yoxdur.
 
Azərbaycan hökuməti əhalini keyfiyyətli, münasib qiymətə, fizioloji normaya uyğun qida məhsulları ilə təmin edə bilmir.
 
Yazı kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmovun facebook səhifəsindən götürülüb. (azadliq.info) /

Google+ WhatsApp ok.ru