Mərkəzi Afrika Respublikasının baş naziri müsəlmanlar arasından seçildi

Mərkəzi Afrika Respublikasının (MAR) prezidenti Katrin Samba-Panza ölkənin baş nazirini müsəlmanlar arasından seçib.
Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına görə, O Baş nazir vəzifəsini müsəlman olan Məhəmməd Kamuna həvalə edib. Məhəmməd Kamun müvəqqəti hökumətin baş naziri seçilib. O bundan öncə prezidentin xüsusi məsələlər üzrə müşaviri işləyib.
MAR-da iğtişaşlar 2013-cü ilin martında başlayıb – o zaman “Seleka” müsəlman koalisiyası prezident Fransua Bozizeni devirib və onun yerinə ölkənin sabiq müdafiə naziri Mişe Cotodianı hakimiyətə gətirib. Müsəlman qiyamçılar bundan sonra sabiq prezidentin tərəfdarları olan xristianları öldürməyə və qarət etməyə başlayıblar. Ölkə tarixində ilk dəfə dövlət başçısı müsəlman olub. Buna cavab olaraq xristianlar “Anti-balaka” müqavmət dəstələri yaratmağa başlayıblar.
Beynəlxalq ictimaiyyətin təzyiqləri altında MAR-ın ilk müsəlman prezidenti Mişel Cotodia cari ilin yanvarın 10-da istefa verməyə məcbur olub. Onu xristian çoxluğunu təmsil edən müvəqqəti prezident Katrin Samba-Panza əvəzləyib. O MAR-ın tarixində ölkə başçısı olmuş ilk qadındır.
BMT Təhlükəsizlik Şurasının sanksiyasına əsasən, MAR-da ötən ilin dekabrından Afrika 5300 nəfərlik Afrika sülhməramlı kontinqenti yerləşdirilib. Afrika əsgərlərinə 1600 fransalı hərbçi yardım edir.
Qeyd edək ki, xristianlar MAR-ın 4,6-milyonluq əhalisinin 80%-ni təşkil edir (onlardan 50% protestant, 29% - katoliklərdir). Müsəlmanlar isə münaqişədən qabaq ölkə əhalisinin 15%-ni təşkil edirdilər – təxminən 750 min nəfər. Hal-hazırda onlar kütləvi şəkildə qətlə yetirilir, sağ qalmışlar isə Kamerun və Çada qaçmağa məcbur olurlar./

 

Google+ WhatsApp ok.ru