Mərkəzi Bank rəqəmlər açıqladı

Sentyabr ayında ölkədə problemli kreditlərin həcmi 1,2 milyard dolları ötüb. Mərkəzi Bankın ilin 9 ayının statistik bülleteninə görə, respublika üzrə ümumi kredit qoyuşulu avqust ayına nisbətən 323 milyon manat artaraq 17,6 milyard  manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi isə ilin əvvəli ilə müqayisədə kəskin artıb. Belə ki, artıq əhalinin banklara olan və qaytarmadığı borcun həcmi 973 milyon manata (1,2 milyard dollara) çatıb.
 
Ümumi kredit portfelində yenə də əsas üstünlüyü istehlak kreditləri təşkil edir. Belə ki, bu cür kreditlərin portfeldəki həcmi 41 faiz təşkil edib. Beləliklə, portfeldəki 17,6 milyard manatlıq kredit qoyuluşları aşağıdakı kimi bölünür:
Ticarət və xidmət sektorunda artaraq 2,5 milyard manat və ya 14,4 faiz;
 
Energetika, kimya və təbii ehtiyatlar sektoruna qoyulan vəsait azalaraq 221 milyon manat və ya 1,3 faiz;
Kənd təsərrüfatı və emalına kredit qoyuluşu artaraq 807,6 milyon manat və 4.6 faiz;
İnşaat və əmlak sektorunda 2,4 milyard və ya 13.8 faiz;
Sənaye və istehsal sektoruna 2 milyard və ya 11.5 faiz
Nəqliyyat və rabitə - 586,5 milyon və ya 3.4 faiz
Ev təsərrüfatına qoyulan kreditlərin həcmi isə (istehlak kreditləri) 7,2 milyard və ya  41 faiz təşkil edib. 

Google+ WhatsApp ok.ru