Mərkəzi Bank valyuta ehtiyatlarının həcmini açıqladı

2015-ci ilin mayın 1-nə olan göstəricilərə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8 milyard 387,9 milyon dollar təşkil edib.
 
Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
MB-nın məlumatına görə, bu, mart ayının yekunları ilə müqayisədə 1 milyard 84,2 milyon dollar və ya 11,45% azdır.
 
Qeyd edək ki, 2015-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə azalma 39,3% yaxud 5 milyard 370,4 milyon dollar təşkil edib.

Google+ WhatsApp ok.ru