Mərkəzi Bank təhlükəli anons verdi

"Hazırki qlobal iqtisadi artım temp ilə işsizliyin qarşısını almaq mümkün deyil. Belə davam edərsə bir neçə ildən sonra işsizlik səviyyəsi daha da arta bilər”.
 
Bunu Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov deyib. O bildirib ki, Azərbaycanın ticarət tərəfdaşlarında orta iqtisadi artım 2014-cü ildə 1,5 % idisə, bu ilin ilk rübündə bu göstərici 0,8% azalıb. 
 
AMB rəsmisi bu azalmanı Rusiyadakı hazırki mövcud vəziyyətlə əlaqələndirib. A.Ələsgərov həmçinin neftin qiyməti ilə bağlı da danışıb: “Neftin qiyməti Asiya və Avropada tələbin azalması nəticəsində ucuzlaşır. İrana qarşı sanksiyaların götürülməsi də neftin qiymətinə təsir edir”. 
 
AMB rəsmisi qeyd edib ki, dünyada avronun dollara qarşı ucuzlaşması müşahidə olunur. Bu isə Avropa Mərkəzi Bankının humanitar siyasətinin yumşaldılması ilə bağlıdır: "Ümumilikdə birinci rübdə ABŞ-ın humanitar siyasəti sərtləşib. Dollar son 3 ildə dünya valyutalarına nisbətdə daha sürətlə möhkəmlənib”(ANS).

Google+ WhatsApp ok.ru