Məzahir Pənahov Əliyevi çətin vəziyyətdə qoydu

Pulsuz efir vaxtına qadağa ölkə başçısından gəlib?

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədlərə pulsuz efir vaxtınının ayrılmaması məsələsindən danışarkən maraqlı fikirlər səsləndirib. MSK sədri Anspress-ə müsahibəsində deyib: “Bilirsiz, əlbəttə ki, məndə arzu edərdim ki verilsin. Keçən dəfə ki, parlament seçkilərində 60 dairədən yuxarı YAP-dan başqa heç bir siyası partiyanın namizədliyi qeydə alınmamışdı.
 
Seçki məcəlləsinin tələbinə görə, ödənişsiz efir vaxtı 60-dan artıq dairədə namizədliyi qeydə alınan siyası partiyalar olanda dəyirmi masa şəklində ödənişsiz verilir. Keçən dəfə namizədlərə pulsuz efir vaxtının verilməsi MSK-nın təşəbbüsü idi ki, prezident də bunu dəyərələndirdi və büdcədən ona vəsait ayırdı. Bu nə məcəllədə nə də, heç bir qanunda yox idi”.
 
Məzahir Pənahov bu dəfə niyə belə bir təşəbbüsün irəli sürülmədiyi barədə suala cavabında isə bildirib: “Mən çalışmışdım ki, belə bir təşəbbüs olsun. Amma bunu heç kim iddia edə bilməz ki, bu hökmən olmalıdır”.
 
MSK sədrinin sözlərindən belə aydın olur ki, pulsuz efir vaxtına prezident səviyyəsində qadağa qoyulub. Hər halda Məzahir Pənahov 2010-cu il seçkilərində bu məsələni məhz Ilham Əliyevin həll etdiyini bildirib. MSK sədri bu ilki seçkilərdə də pulsuz efir vaxtınının ayrılmasına çalışdığını deyib. Güman ki, Məzahir Pənahov yenə də ölkə başçısına üz tutub. Amma bu dəfə “yox” cavabı alıb.

Google+ WhatsApp ok.ru