`Məhəmməd Rəsulullah (s)` filminin Türkiyədən başlayan beynəlxalq nümayiş tarixi açıqlandı

Dünya kinematoqrafiyasının ən son şedevri Məhəmməd Rəsulullah (s) filminə dair xəbərlər dünya mediasının gündəmində yerini saxlamaqda davam edir. Nəhayət kinosevərlərin intizarla gözlədiyi xəbər film rəsmiləri tərəfindən açıqlanıb. Söhbət "Məhəmməd Rəsulullah (s)" filminin beynəlxalq nümayişinə başlanmasından gedir. 
 
Maidə.az  xəbər verir ki, dekabrın 29-dan filmin beynəlxalq nümayişinə rəsmən başlanılır.  Belə ki, rəsmi məlumatlara görə, 29 dekabr tarixindən Türkiyədə "Məhəmməd Rəsulullah (s)" filminin dünya premyerasına start veriləcək. Daha sonra filmin digər ölkələrdəki seyrçilərin ixtiyarına veriləcəyi bildirilir. Filmin Türkiyə ərazisindəki bütün kinoteatrlarda nümayiş olunması planlaşdırılır. 
 
Xatırladaq ki, son aylarda dünya sənət aləminin əsas mövzularından birinə çevrilən "Məhəmməd Rəsulullah (s)" filmi İran kino sənayesinin son məhsuludur. Filmin rejissoru dünya şöhrətli İran rejissoru Məcid Məcididir. 3 Hissəli filmin ilk seriyasının çəkilişinə 40 milyon dollar vəsait xərclənib. 26 avqustdan yerli kinoteatrlarda nümayiş olunan filmi 1 milyondan artıq kinosevərin  izlədiyi bildirilir.
 
"Məhəmməd Rəsulullah (s)" filminin cari ilin "Oskar" mükafatına ən ciddi rəqib olacağı da xəbərlər arasında yer almaqdadır./

Google+ WhatsApp ok.ru