Mərkəzi Bankdan əhaliyə xəbərdarlıq 30 Dekabr 2015 02:00 İqtisadiyyat Mərkəzi Bank əhaliyə xəbərdarlıq edib. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şayiələrə inanmasınlar. Bununla əlaqədar bildirilir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib. Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib./ Teqlər : #Mərkəzi Bankdan əhaliyə xəbərdarlıq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Azərsun Holdinq`in şirkətlərdən biri fəaliyyətini dayandırdı Azərbaycanda bir nəfərə maksimum 1000 dollar satıla bilər