Malaziyada ilk İslam Bankçılığı bələdçisi hazırlanıb

Malaziyada “2016-cı il İslam Ticarət Qanu haqqında Hesabat” adlı ilk İslam Bankçılığı bələdçisi hazırlanıb.
Maide.az xəbər verir ki, Malaziya Beynəlxalq İslam Akademiyasının Araşdırmalar üzrə direktoru Mohəmməd Mərcan bununla bağlı deyib: Bu bələdçi 2016-cı il üçün Malaziyanın paytaxtı Kuala-Lampurda İslam bankçılığı sahəsində fəaliyyət göstərən onlarla ziyalı və mütəxəssisin iştirakı ilə tərtib edilib.
O əlavə edilib: Bu hesabat dini hökmlərlə Qanun arasında İslam bankçılığı sahəsində əlaqələndirmə yaratmaq məqsədilə hazırlanıb.
Malaziya baş nazirinin müavini Əşrəf Vəcdi qeyd edib: İslam bankçılıq əməliyyatları üçün asan bir bələdçinin hazırlanmasında əsas məqsəd İslam şəriəti və bu bankların iqtisadi idarəçiliyində qeyri-peşəkar müştərilərin məlumatsızlığı idi.
O qeyd edib: Malaziya İslam bankçılığı əməliyyatları üçün dəqiq qanunlar qəbul edən ilk ölkə olub, eyni zamanda bu ölkə ötən əsrin 60-cı illərində Həcc fondunun sərmayələri üçün qeyri-sələm əsaslarının tətbiqinə başlayıb./

Google+ WhatsApp ok.ru