İmam Hüseyn (ə) barədə çəkilən filmin təqdimatı olub - FOTO-VİDEO

İmam Hüseyn (ə) və Kərbəla qiyamı barədə çəkilmiş 8 seriyalı “Qiyamət günü” filminin təqdimatı olub.
 
Maide.az xəbər verir ki, təqdimat mərasimində filmin rejissoru Əhməd Rza Dərviş çıxış edərək filmin əldə edəcəyi uğurlardan danışıb. 
 
Filmin Azərbaycan dilində də dublyaj işləri başlayıb və yaxın günlərə hazır olacaq. Bu barədə Maide.az-a açıqlama verən "Kainatfilm" studiyasının rəhbəri Süleyman Fərzəliyev bildirib. Dublyajda xalq artistləri İlham Əsgərov, Nürəddin Mehdixanlı, Ramil Zeynalov, Mahir Mirişli, Sabir Məmmədov, Vidadi Həsənov, Kazım Abdullayev, Təranə Ocaqverdiyeva, Elşən Rüstəmov, Məmməd Səfa və sairlər iştirak edir. 
 
Filmin Azərbaycan dilinə Süleyman Fərzəliyev, Könül Cavadova, Təmkin Cəfərov tərcümə ediblər. Səs rejissoru Hüseyn Həsənovdur. Ona Xeyrulla Zeynalov və Ülviyyə Əsədova yardım edirlər.
 
Süleyman Fərzəliyevin bildirdiyinə görə, "Qiyamət günü" filmi "Oskara" namizədlik adını alıb. Filmin tərcümə edildikdən sonra Azərbaycan kinoteatrlarında da göstərilməsi nəzərdə tutulub.
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru