İmam Hüseyn (ə) haqqında çəkilmiş filmin yayımı müvəqqəti olaraq dayandırılıb

İranın film şirkəti imam Hüseynin (ə) qiyamı və Kərbəla faciəsi haqqında çəkilmiş "Qiyamət günü" filminin yayımını müvəqqəti olaraq dayandırıb.
 
Şirkət bunu ölkənin bəzi müctəhidlərinin rəyi ilə əlaqələndirib, belə ki, müctəhidlər bu filmdə imamlar və onların səhabələrinin simasının ekranlaşdırılmasına iradlarını bildiriblər.
 
Xatırladaq ki, bundan əvvəl adıçəkilən filmlə bağlı İranın Mədəniyyət və İrşad Nazirliyi qarşısında etiraz aksiyası keçirilib.(SalamNews)

Google+ WhatsApp ok.ru