Manat dollara qarşı ucuzlaşır 30 Dekabr 2015 02:00 İqtisadiyyat Bu gün dekabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 29-u ilə müqayisədə 0,1% və ya 0,0016 manat artaraq 1,5594 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,28% və ya 0,0048 manat azalaraq 1,7046 manata enib. Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0216 manat səviyyəsində qərarlaşıb./ Teqlər : #Manat dollara qarşı ucuzlaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda banklarla vətəndaşlar arasında qarşıdurma `Azərsun Holdinq`in şirkətlərdən biri fəaliyyətini dayandırdı