Mansardalar da satışa çıxarılır

Bir çox yaşayış binalarında mənzillərlə bərabər mansardalar da satışa çıxarılır. Özüdə mənzillərlə müqayisədə kifayət qədər ucuz qiymətə. Halbuki yaşayış üçün nəzərdə tutulan yerlər müəyyən standartlara cavab verməlidir. Bu mansardaların standartlara cavab verməsi isə sual altındadır?
 
Yeni tikilmiş binaların sonuncu mərtəbəsi yəni mansardaları da bölünüb mənzil kimi satılır. Qiymətdəki kəskin fərq isə bir çox insanın məhz normal mənzil almaq əvəzinə mansardada mənzil almağa sövq edir. Halbuki, belə yaşayış yerlərişnin bir çox problemi var. Xüsusi ilə də sənədləşmə baxımından. Birincisi belə yerlər ancaq o halda yaşayış üçün yararlı hesab olunur ki müəyyən standartlara cavab versin
 
Amma satışa çıxarılmış mansardaların bir çoxu bu standarta cavab vermir. Belə olan halda şirkətlər sadəcə ikili müqavilə ilə problemi həll etməyə çalışır. Yeni inşa olunmuş binaların bir çoxunun kamunal təhycizatı mtka və müvafiq qurumlar arasındakı müqaviələlrlə tənzimləndiyi üçün sakinlər üçün hər hanmsı problem yaşanmır. Amma gələcəkdə onlar fərdi abunəçi kimi qeydiyyata alınanda onların mənzilinin statusu tanınmadığı üçün problemlər yaşayacaq. Bu tip mənzillərin digər probleməlri isə odur ki, yayda çox isti, qışda çox soyuq olur. Beləcə komunal xərcləri də dəfələrlə artıq olur.

Google+ WhatsApp ok.ru