Mayın 15-dən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Mayın 15-dən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

 Mayın 15-dən yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının və Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, 15 may 2017-ci ildən yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının və 38/37 saylı Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. /
 

Google+ WhatsApp ok.ru