`Mercedes`in Bakı mərkəzi: `Qiymətləri 34% artıracağıq`

Manatın dollara və avroya nisbətdə ucuzlaşması bəzi avtomobil şirkətlərini satışları dayandırmağa məcbur edib.  Yeni qiymətlər müəyyən edilənə kimi avtomobil satışı dayandırılıb. “Toyota Bakı mərkəzi”ndən fins.az-a verilən məlumata görə, “Toyota” avtomobillərinin satışları hələlik dayandırılıb. Avtomobillərin yeni qiymətləri müəyyən edildikdən sonra satışa başlanılacaq. Şirkətdən bildirilib ki, “Toyota” avtomobillərinin qiymətinin nə qədər  qalxacağı hələlik məlum deyil.
 
“Qiymətləri dolların məzənnəsinə uyğun qaldıracağıq”
 
“Mercedes” avtomobillərinin satışı da şənbə günündən etibarən dayandırılıb. "AutoStar Kaukasus" şirkətindən fins.az-a verilən məlumata görə,  “Mercedes”lərin qiyməti  manatın ucuzlaşma faizinə uyğun olaraq artacaq. Bu isə təqribən 34 % deməkdir. Şirkətdən bildirilib ki,  “Mercedes” avtomobillərinin alışı avro ilə aparıldığından satış da onun məzənnəsinə uyğun olaraq aparılacaq. Hələlik satışların nə vaxt bərpa olunacağı məlum deyil.

Google+ WhatsApp ok.ru