Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Aprelin 28-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 
MM-dən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 20 məsələ daxildir. Bunlar Cinayət, İnzibati Xətalar,  Mülki Prosessual, Şəhərsalma və Tikinti,  Əmək məcəllələrinə, "Sərbəst toplaşmaq azadlığı haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda dəyişikliklər və digər məsələlərdir.

Google+ WhatsApp ok.ru