Milli Məclisə namizədlərin sayı azaldı

Maide.az xəbər verir ki, Milli Məclisə noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində iştirak edəcək namizədlərin sayı bir qədər də azalıb. Belə ki, artıq Milli Məclisdə 125 yer uğrunda 769 nəfər, başqa sözlə, 1 yer uğrunda 6 nəfər mübarizə aparacaq. 
 
Xatırladaq ki, Milli Məclisə seçkilərdə 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 477 nəfər namizədliyini geri götürüb.
 
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalmış başa çatmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu proses sabah - oktyabrın 22-də başa çatır.

Google+ WhatsApp ok.ru