Minsk Qrupunun həmsədrləri tezliklə Əliyev və Sərksiyanla görüşəcəklər

“Minsk Qrupunun həmsədrləri cəhbə xəttində son vaxtlar müşahidə olunan zorakılıqdan narahatdır”. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın Səsi” radiostansiyasınaınn Ermənistan xidmətinə müsahibəsi zamanı deyib.
 
Onun sözlərinə görə, son günlər cəbhə xəttində müşahidə olunan qanlı insidentlər bütün region dövlətlərinə təsir edir və həmsədrlər buna görə tezliklə İlham Əliyev və Serj Sərksiyanla görüş keçirəcəklər: 
 
“Biz yaxın vaxtlarda regiona səfər etmək və tərəflərlə, o cümlədən hər iki prezidentlə danışıqlar aparmaq niyyətindəyik”.

Google+ WhatsApp ok.ru