Mirmahmud Mirəlioğlunu tənqid edən Oqtay Gülalıyevi partiyadan çıxarıldı 18 Noyabr 2015 02:00 Siyasət Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müavini Oqtay Gülalıyevi vəzifəsindən azad edib. Bu barədə azvision.az-a KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. Partiya rəsmisi bildirib ki, Oqtay Gülalıyev vəzifəsindən KXCP sədi tərəfindən uzaqlaşdırılıb: "Müavinlər təyin etmək və azad etmək partiya sədrinin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, bu adi prosedur qaydadır". - deyə X. Teyyublu bildirib. O. Gülalıyevin partiyada qalıb-qalmayacağı ilə bağlı məsələyə gəlincə, X. Teyyublu deyib ki, o partiya və Ali Məclisin üzvü olaraq fəaliyyətini davam etdirə bilər. Hələlik O. Gülalıyevin yerinə təyinat baş verməyib. Qeyd edək ki, O.Gülalıyevin müavinlikdən çıxarılmasına səbəb onun KXCP Ali Məclisinin sonuncu sessiyasındakı çıxışı olub. Belə ki, O.Gülalıyev çıxışında KXCP-nin siyasi kursunu sərt tənqid edib. O bildirib ki, partiyanın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı qeyri-məqbul qiymətləndirilməlidir. O.Gülalıyev müxalifətin, o cümlədən KXCP-nin iqtidarla keçirdikləri görüşlərə, "Bakı-2015" I Avropa Oyunlarında iştirakına iradını bildirib. KXCP sədri Mirmahmud Mirəlioğlu isə çıxışında O.Gülalıyevin təmsil olunduğu Milli Şuranı tənqid edib. M.Mirəlioğlu bildirib ki, onun müavini Milli Şura kimi qurumda təmsil oluna bilməz. Partiya sədri bunu əsas gətirərək, O.Gülalıyevi müavinlikdən azad edib. Xatırladaq ki, O.Gülalıyev Milli Şurada təmsil olunur və qurumun mətbuat xidmətinin rəhbəridir. Teqlər : #Mirmahmud Mirəlioğlunu tənqid edən Oqtay Gülalıyevi partiyadan çıxarıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Senator Kardin: “İlham Əliyev vətəndaş cəmiyyətinə təzyiqlərə son qoymalıdır” Sərdar Cəlaloğludan sərt bəyanat: baş tutan məsələ deyil
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video