Moody’s: 2016-cı ildə Azərbaycanda ÜDM-in səviyyəsi 0,7% azalacaq

2016-cı ildə Azərbaycan ÜDM 0,7% azalacaq, beynəlxalq Moody`s agentliyi bunu proqnozlaşdırır, 2017-ci ildə isə agentlik ÜDM-in 1% səviyyədə artım gözləyir.
 
Agentlik maliyyə sektorunda vəziyyətin pisləşməsini və devalvasiyasının əhalinin alıcılıq qabiliyyətinə təsirini nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin azalmasına səbəb ola biləcək risklərin olduğunu qeyd edib.
 
Azərbaycanın makroiqtisadi proqnozlarının pisləsməsi energetika bazarlarının qiymətləndirilməsi və neftin qiyməti üzrə gözləntilərin azalması ilə bağlıdır.
 
  Moodys gözləyir ki, Brent markalı neftin qiyməti 2019-cu ilədək $50-dan aşağı səviyyədə qalacaq.
 
  Sözügedən səbəblərdən Azərbaycanın dövlət istiqrazları üzrə reytinqi gələcək azalma mümkünlüyü ilə Baa3-dən Ba1-dək pisləşib. Söhbət iki il öncə Maliyyə Nazirliyinin buraxdığı avrobondlardan gedir.
 
  Bundan əlavə,  Moody`s  Azərbaycanın maliyyə sisteminə təzyiqin artdığını, ödəniş balansının vəziyyətini, həmçinin milli valyutaya inamın azaldığını qeyd edib. Bütün bunlar büdcənin vəziyyətini və ölkənin dövlət borcunun parametrlərini pisləşdirir. Moody's-in məlumatında deyilir.
 
Xatırladaq ki, Azərbaycan hökuməti 2016-cı il üçün ÜDM-i 1,8% səviyyəsində proqnozlaşdırır. 2015-ci ildə Azərbaycan ÜDM 1,1% artıb. contact /

Google+ WhatsApp ok.ru