Moody's: Neftin qiyməti 2016-cı ilin əvvəlində 80 dollara çatacaq

Cari ilin ortalarında neftin dünya qiymətləri artmağa başlayacaq, 2016-cı ilin əvvəlində isə neftin bir bareli 80 dollara satılacaq. 2018-ci ildən sonra neftin kotirovkası 100 dollardan artıq olacaq. Bu barədə Moody's-in analitik hesabatında deyilir.
 
Moody's ekspertləri hesab edirlər ki, 2015-ci ilin ortalarında neftin qiymətinin ucuzlaşmasına görə Amerika şirkətləri hasilata qoyulan investisiyanı azaltmalı olacaqlar, bu isə qiymətlərin əvvəlki səviyyəyə bir barel üçün 100 dollar həddinə çatmasına gətirib çıxaracaq.
 
“İnvestisiyaların azalması, 2015-ci ildə çatdırılmaların azalmasına gətirib çıxaracaq. Çatdırılmaların azalması isə neftin qiymətlərinin artmasına yol açacaq”, - Moody's analitikləri “İzvestiya” qəzetinə təqdim etdikləri hesabatda yazıblar.
 
Moody's-in fikrincə, neftin təyin edilmiş ucuz qiyməti ABŞ, Liviya və İraqda neft hasilatının artması ilə əlaqədardır, bu isə dünya tələb və təklifində tarazlığı pozub.

Google+ WhatsApp ok.ru