Müsavatda seçki saxtakarlığı olub 25 Oktyabr 2014 01:00 Siyasət Bu gün Müsavat Partiyasının növbəti Məclis iclası keçirilib. Tədbirdə çıxış edən başqan Arif Hacılı bildirib ki, Səbail rayonunda keçirilən seçkilər ləğv edilir: "Orada müvəqqəti sədr seçmək üçün seçki keçirilib. Lakin şura üzvlərinin bir neçəsinə iclas haqda məlumat verilməyib. Konkret olaraq 2 şura üzvü bizə bildirib ki, onlar iclasda iştirak etməyib. Ona görə də biz təkrar seçkinin keçirilməsinə qərar verdik". *** Mərkəzi Nəzarət və Təftiş Komissiyasına (MNTK) 7 yerə 8 namizəd var. Onlardan biri qadındır. Sabunçu rayon təşkikatının üzvü Rəna Həsənov vicdan məhbusu Elşən Həsənovun yoldaşıdır. Hər kəsin bu qadına səs verib seçməsi məcburidir. *** Bu dəfə ki Məclis iclasına da Qubad İbadoğlunun tərəfdarları qatılmayıb. Vurğun Əyyub, Ellada Məmmədli, Hikmət Hacızadə və digərləri iclasda iştirak etmir. *** Məclisə bu gün 26 yerə seçki keçiriləcək. "Qafqazinfo"nun verdiyi xəbərə görə, 11 oktyabr seçkilərində namizəd olub seçilməyən şəxslərdən bu dəfə də təkrat namizəd olanlar var: "Bunlar Əhəd Məmmədli, Gülağa Aslanlı, Tural Abbaslı, Cavid Hacıbəyli, Rüfət Hacıbəyli, Cavanşir Abbasdır". Ümumilikdə 26 yerə 42 namizəd var. Teqlər : #Müsavatda seçki saxtakarlığı olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sergey İvanov: Rusiyanı təcrid etmək mümkün deyil `Mənim nəzərimcə, sürətli bir dəyişiklik baş verməyəcək`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video