Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçiriləcək 04 May 2015 01:00 Siyasət Vurğun Əyyubun və digərlərinin Müsavat Partiyasından çıxarılmasına etiraz olaraq partiyanın qərargahı önündə etiraz aksiyası keçiriləcək. Bu barədə açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli məlumat verib. O qeyd edib ki, üzvlər tərəfindən partiyada baş verən son hadisələrə etiraz olaraq aksiya keçirilməsi təklif olunub: “Biz bu təklifləri dəyərləndirib, akasiyanın vaxtını müəyyənləşdirəcəyik. Güman ki, aksiya mayın 6-da keçiriləcək. Həm də biz bilmək istəyirik ki, hakimiyyətdən aksiya üçün yer tələb edən, narazılıq edən bir partiya öz qərargahı qarşısında etiraz aksiyasına necə yanaşacaq? Görəsən, indi Müsavatda demokratiya qalıbmı? Bunu aksiya zamanı görəcəyik”. Teqlər : #Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycana səfər edən malayziyalılar üçün viza rejimi ləğv oluna bilər Gürcüstan XİN: `Dağlıq Qarabağda keçirilən `seçki`ni tanımırıq`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video