Müsavat Partiyası növbədənkanar qurultay keçirəcək

Müsavat Partiyasının sentyabrın 27-də keçirilmiş qurultayında nizamnamə və proqrama təklif olunan dəyişiklikləri müzakirəyə çıxarmağa vaxt çatmayıb. Başqan müavini Gülağa Aslanlı sentyabrın 29-da “Media forum” saytına açıqlamasında deyib ki, bu səbəbdən növbədənkənar qurultayın çağırılması nəzərdə tutulur: “Partiyanın nizamnamə və proqramına dəyişikliklər həmin qurultayda müzakirəyə çıxarılacaq”.
 
Gülağa Aslanlı əlavə edib ki, 27 sentyabr qurultayında Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin hamısını seçmək mümkün olmayıb: “Namizədliyini vermiş şəxsləri seçmək səlahiyyəti Məclisə verilib. Yəqin ki, Məclisin növbəti sessiyasında bu məsələyə baxılacaq”.

Google+ WhatsApp ok.ru