MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların 2015-ci il üzrə maliyyə hesabatlarının qəbul edilməsinə başlanılıb.
Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yanlız 51-i 2014-cü il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 4 partiya - Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.(report)

Google+ WhatsApp ok.ru