Mövsüm Səmədovla bağlı rəsmi müraciət araşdırılır

Maide.az-ın Azərbaycan İslam Partiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu gün partiyanın sədr əvəzi Elçin Manafov, sədr müavinləri Akif Heydərli və Vüqar İbayev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin baş idarəsində olublar.
 
Gedişin məqsədi AiP sədri Mövsüm Səmədovun cəza çəkdiyi 11 saylı cəzacəkmə müəssusəsindən 12 saylı həbsxanaya  müəmmalı şəkildə köçürülməsinə, bu barədə məhkumun ailəsinə və vəkili Anar Qasımlıya heç bir məlumat verilməməsinə, 12 saylı cəzaçəkmə müəssisəsinə gətirilən kimi xüsusi cəza təcridxanasına salınmasına aydınlıq gətirilməsi, idarənin rəisi Mədət Quliyevin diqqətini baş verən insident və anlaşılmazlığa cəlb etmək etmək olub.
 
 Verilən məlumatda o da bildirilir ki, partiya funksionerləri baş verənlərlə bağlı ictimaiyyətin ciddi narahatlığını nəzərə alıb problemin sivil şəkildə araşdırılmasına baxılmaqdan ötrü bir neçə gün öncə Penitinsiar Xidmətin rəisi Mədət Quliyevə rəsmi şəkildə yazılı müraciət ediblər.
 
 İslamçıların Mədət Quliyevlə görüşü rəhbərliyin qəbul günü ilə bağlı olaraq baş tutmasa da, idarə rəsmiləri müraciət və baş verənlər barədə ciddi araşdırmalırın aparılacağını, bu barədə konkret tədbirlərin görüləcəyini və növbəti həftənin ilk iş günü rəsmi cavab veriləcəyini bildiriblər.  
 
AİP rəhbərliyi M.Səmədova qarşı yol verilən qərəzli münasibətin, haqsızlıqların davam edəcəyi təqdirdə sərt addımlar atılacağını, qanunauyğun şəkildə kütləvi tədbirlər keçiriləcəyini söyləyib. Eyni zamanda, bildirilib ki, PX-nin rəisi M. Quliyevlə rəsmi görüş məsələsi də gündəmdədir.

Google+ WhatsApp ok.ru