Naftin qiyməti 60 dollara düşəcək

Rosneftin rəhbəri İqor Seçin gələn ilin ortasına qədər neftin 1 barrelinin qiymətlərinin 60 dollardan da aşağı düşə biləcəyi xəbərdarlığını edib. Vyanada toplaşan OPEK ölkələrinin neft hasilatında fasilə qərarı verməməsi Brent markalı neftin barelinin 73 dollara qədər düşməsinə səbəb olub.
 
Maide.az xəbər verir ki, Seçin, "Biz neftin 1 barrelinin qiymətlərinin 60 dollar və ya daha aşağı düşməsini gözləyirik. Ancaq bu gələn ilin ortası və ya il sonununa olacaq", deyib. OPEK sammitindən öncə Vyanada neft istehsalçısı ölkələrin nümayəndələri ilə görüşdüyünü bildirən Seçin, neft qiymətlərinin aşağı qalmağa davam etməsi vəziyyətində, Rusiyanın bəzi layihələri dayandıraraq, gündəlik istehsal gücünü 200-300 min barel azaldacağını bildirib.
 
ABŞ-ın ehtiyatları ilə əlaqədar olaraq 2025-ci ildən sonra istehsal həcmində azalma yaşayacağı proqnozunu verən Seçin, "Bu böhran vəziyyətində bəzi şirkətlər aşağı qiymətlərlə əməliyyatlarına davam etməyəcək. Böhran bazarın yenidən formalaşmasına səbəb olacaq" deyə bildirib.
 
Qeyd edək ki, OPEK ölkələri gündəlik 30 milyon barrel istehsal potensialında hər hansı bir dəyişiklik edilməməsini qərarını verib. İlin əvvəlindən bəri isə neft qiymətləri 30 faiz civarında düşüb. İstehsalın artmasının qiymətlərin düşməsində ən mühüm amil olduğunu deyən Seçin, "Praktikada bütün mütəxəssislər 2017-2025-ci il dövründə istehsalın maksimum olacağını düşünür. 2025-ci ildən sonra isə hasilat düşməyə başlayacaq. Hazırda ABŞ-ın istehsal artımı qiymətləri yüksəldir, gələcəkdə istehsal azalması da yüksəlməyəə səbəb olacaq".

Google+ WhatsApp ok.ru